Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azad Rəhimov Minskdə II Avropa oyunlarının müzakirəsindədir



2019-cu ildə Minsk şəhərində keçiriləcək II Avropa oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca 2-ci iclası öz işinə başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın BrendSport.az saytına verdiyi xəbərə görə, iki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir.

Komissiyanın iclasında II Avropa oyunlarına bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış- bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.





Facebook-da paylaş

Xəbəri paylaş