Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Transferdə yeni rekord - 227 milyon avro



Bu yay dünya futbolunda transfer rekordu yenidən qırıla bilər. Məhəmməd Salahın "Liverpul"dan başqa kluba keçməsi yeni rekordla nəticələnəcək.

İndiyədək "Real", "Barselona" və PSJ miisirli ulduz üçün İngiltərə klubuna müraciət edib. "Liverpul" Salah üçün 200 milyon funt-sterlinq (227 milyon avro) transfer haqqı müəyyənləşdirib. Düzdü, "Liverpul" onu satmaq istəmir. Amma böyük klubların israrı ingilisləri geri çəkilməyə məcbur edəcək. Salah özü də karyerasını "Real"da davam etdirmək istəyir.

Bu tranfser reallaşsa, Neymarın 222 milyon avroluq rekordu qırılacaq.

Qeyd edək ki, Salah ötən yayda "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub. 25 yaşlı misirli forvard İngilətərə klubunun heyətində meydana çıxdığı 41 matçda 36 qol vurub və 12 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş