Basketbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib.
BrendSport.az Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, həlledici oyunda "Gəncə" və NTD klubları üz-üzə gələcəklər.
“Gəncə” yarımfinalda "Neftçi"ni mübarizədən kənarlaşdırıb. “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “Gəncə” yerli oyunçularının dominant oyunu sayəsində 83:73 hesablı qələbə qazanıb. Oyunda ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (26 xal, 6 ribaund), "Neftçi"dən isə Yuriy Kondrakov (18 xal, 10 ribaund) olublar.
İkinci yarımfinal qarşılaşmasında NTD "AAAF Xırdalan"ı məğlub edib - 91:84. NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), "AAAF Xırdalan"dan isə Devin Pullum (23 xal, 5 asist) ən məhsuldar oyunçular seçiliblər.
Qeyd edək ki, martın 26-da keçiriləcək final oyunu saat 16:00-da start götürəcək.
Facebook-da paylaş