Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Basketbol Liqası: NTD komandası “Gəncə”yə qalib gəlib

Basketbol Liqası: NTD komandası “Gəncə”yə qalib gəlib

Azərbaycan Basketbol Liqasında XX tura start verilib.

BrendSport.az
xəbər verir ki, açılış matçında NTD və "Gəncə" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş NTD-nin 91:85 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə NTD yenidən çempionatın vahid lideri olub.

Oyunun ən məhsuldar oyunçuları NTD-dən Ceremi Heys (28 xal, 11 ribaund), "Gəncə"dən isə Kollin Törner (23 xal, 7 ribaund) seçiliblər.

Qeyd edək ki, turun "AAAF Xırdalan" - "Olimpik Şəki", "Sabah" - "Sərhədçi PİK" və "Zirvə Astara" - "Neftçi İK" oyunları martın 4-5-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş