Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
Fevralın 8-də "Sərhədçi" İdman Mərkəzində "NTD BK" və "Zirvə Astara BK" basketbolçuları arasında 17-ci turun açılış oyunu baş tutub.
BrendSport.az xəbər verir ki, qarşılaşmadan əvvəl Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Oyuna üstün başlayan "NTD BK" basketbolçuları yekunda 92-79 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londel Kinq - 36 xal, 11 ribaund ), "Zirve Astara BK" ( Ruşard Kruikşenk - 23 xal, 2 asist).
Qeyd edək ki, 17-ci turun digər görüşləri ("Gəncə BK" - "AAAF Xırdalan BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK", "Sabah BK" - "Neftçi İK") fevralın 11, 12 və 13-də keçiriləcək.
Facebook-da paylaş