Mahir Emreli: "İsveç və Avstriya səfərində seriyamızı davam etdirə bilərik"
BrendSport.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli AVRO-2024-ün seçmə mərhələsində səfərdə Avstriya və İsveç yığmalarına qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.
26 yaşlı hücumçu növbəti qarşılaşmalarda bunu bacara biləcəklərinə inandığını söyləyib: "Hər iki oyun bizim üçün çox vacibdir. Bu matçlarda özümüzü maksimum göstərməyə çalışacağıq və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriyanın, üç gün sonra İsveçin qonağı olacaq. Canni De Byazinin baş məşqçi olduğu komanda son beş görüşdə qələbə qazanıb.
Facebook-da paylaş