Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” 2 variantı gözdən keçirir – Ya göndərmək, ya gətirmək



Zədə səbəbindən millinin heyətindən çıxarılan Qara Qarayevin durumu bəlli olub.

Yarımmüdafiəçinin sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun ən azı 10-12 gün meydana çıxa bilməyəcəyi bildiririlib.

Bu isə o deməkdir ki, yığmanın DÇ-2022-nin seçmə mərhələsində ilk 3 oyununu buraxacaq 28 yaşlı futbolçunun aprelin 4-də Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə keçiriləcək səfər matçında iştirakı sual altındadır.

“Qarabağ” müalicə prosesinin uzanmaq ehtimalından narahatdır. Odur ki, klub Qaranı təcili Türkiyəyə - müayinəyə göndərmək məsələsini gündəmə gətirib.

Qonşu ölkədən bura həkim heyətinin dəvət edilməsi variantı da mümkündür. Ağdam təmsilçisi vəziyyətə uyğun davranaraq, yaxın 1-2 gün içində qərarını verəcək.


Facebook-da paylaş

Xəbəri paylaş