Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün iki oyunla UEFA Çempionlar Liqasının səkkizdədir final mərhələsinə start verilir



Fevralın 18-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdədir final mərhələsinə start verilir.

BrendSport.az xəbər verir ki, mərhələnin ilk günündə iki qarşılaşma oynanılacaq.
Turnirin son çempionu İngiltərənin “Liverpul” klubu İspaniyada “Atletiko”nun qonağı olacaq. Madrid təmsilçisinin heyətində Kiran Trippye və Ektor Errera zədə səbəbindən görüşü buraxacaq. Hücumçular Joao Feliks və Dieqo Kostanın iştirakı isə sual altındadır. Qonaqlarda isə Cerdan Şakiri zədəlidir, aparıcı futbolçu Sadio Manenin durumu isə bəlli deyil.

Günün digər matçında “Borussiya Dortmund” Almaniyada Fransanın “Paris Sen-Jermen”i klubunu qəbul edəcək. Hər iki komanda meydana itkilərlə çıxacaq. Meydan sahinlərinin əsas futbolçularından sayılan Marko Roys və Tomas Deleney zədəlidir. Yulian Brandtın durumu oyun vaxtı bəlli olacaq. Paris klubunda Abdu Diallo, Kolin Daqbanın zədə səbəbindən matçda iştirak etməyəcəyi dəqiqdir. Kimpembe və Neymarın durumu isə bilinmir.

Komandalar arasındakı cavab oyunları martın 11-də olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş