Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” 2 variantı gözdən keçirir – Ya göndərmək, ya gətirmək

“Qarabağ” 2 variantı gözdən keçirir – Ya göndərmək, ya gətirmək


24-03-2021, 19:46


Zədə səbəbindən millinin heyətindən çıxarılan Qara Qarayevin durumu bəlli olub.

Yarımmüdafiəçinin sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun ən azı 10-12 gün meydana çıxa bilməyəcəyi bildiririlib.

Bu isə o deməkdir ki, yığmanın DÇ-2022-nin seçmə mərhələsində ilk 3 oyununu buraxacaq 28 yaşlı futbolçunun aprelin 4-də Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə keçiriləcək səfər matçında iştirakı sual altındadır.

“Qarabağ” müalicə prosesinin uzanmaq ehtimalından narahatdır. Odur ki, klub Qaranı təcili Türkiyəyə - müayinəyə göndərmək məsələsini gündəmə gətirib.

Qonşu ölkədən bura həkim heyətinin dəvət edilməsi variantı da mümkündür. Ağdam təmsilçisi vəziyyətə uyğun davranaraq, yaxın 1-2 gün içində qərarını verəcək.
Geri qayıt