Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sperantsa" - "Neftçi" görüşünün stadionu da dəyişdirilib



"Neftçi"nin Moldovada "Sperantsa" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

BrendSport.az xəbər verir ki, bu qarşılaşma iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq. Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin "Petrokub"un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra "Sperantsa" paytaxt stadionunda oynamağa qərar verib.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Bakcell Arena"da olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş