Əsas Səhifə > Ölkə idmanı > "Sperantsa" - "Neftçi" görüşünün stadionu da dəyişdirilib

"Sperantsa" - "Neftçi" görüşünün stadionu da dəyişdirilib


19-06-2019, 12:10


"Neftçi"nin Moldovada "Sperantsa" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

BrendSport.az xəbər verir ki, bu qarşılaşma iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq. Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin "Petrokub"un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra "Sperantsa" paytaxt stadionunda oynamağa qərar verib.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Bakcell Arena"da olacaq.
Geri qayıt