Avropa Liqası: "Qəbələ" final matçının keçiriləcəyi şəhərin komandasına rəqib ola bilər
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin Liqa Yolu üçün püşkatma mərasimi keçiriləcək.
BrendSport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçilərindən "Qəbələ"nin ilk rəqibi müəyyənləşəcək. Səpələnmişlər sırasında yer alan ölkə kubokunun sahibi mübarizəyə məhz bu mərhələdən başlayacaq. Potensial rəqiblər isə bunlardır:
"Lexia" (Qdansk, Polşa)
"Dinamo" (Tbilisi, Gürcüstan) - "La Florita" (San Marino) / "Endorqani" (Andorra) cütünün qalibi
"Olimpiya" (Lyublyana, Sloveniya) / "Riqa" (Latviya) cütünün qalibi
"Breydablik" (İslandiya) / "Vaduts" (Lixtenşteyn) cütünün qalibi
"Radniçki Niş" (Serbiya) / "Flora" (Tallin, Estoniya) cütünün qalibi
Bu komandalardan "Lexia"ya rəqib olacağı təqdirdə, "Qəbələ" 2019-2020 mövsümündə Avropa Liqasının final matçının keçiriləcəyi stadionda meydana çıxacaq.
Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "Neftçi" və "Səbail" isə mərhələ adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. "Neftçi" Moldova "Sperantsa"sını üstələsə, potensial rəqibləri aşağıdakılar olacaq:
"Dinamo" (Minsk, Belarus) / "Liepaya" (Latviya)
"Espanyol" (İspaniya)
"Laçi" (Albaniya) / "Hapoel" (Beer-Şeva, İsrail)
"Atromitos" (Yunanıstan)
"Arsenal" (Tula, Rusiya)
"Səbail" Universitatya" (Krayova, Rumıniya) səddini keçəcəyi təqdirdə isə
"Aris" (Saloniki, Yunanıstan)
"Esbyerg" (Danimarka)
"Vitoriya (Portuqaliya)
"Vulverhempton" (İngiltərə)
"Honved" (Budapeşt, Macarıstan) / "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi
"Partizan" (Serbiya)
ilə qarşılaşacaq. İlk oyunlar iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Facebook-da paylaş