Əsas Səhifə > Ölkə idmanı > Avropa Liqası: "Qəbələ" final matçının keçiriləcəyi şəhərin komandasına rəqib ola bilər
Avropa Liqası: "Qəbələ" final matçının keçiriləcəyi şəhərin komandasına rəqib ola bilər19-06-2019, 12:03 |
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin Liqa Yolu üçün püşkatma mərasimi keçiriləcək. BrendSport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçilərindən "Qəbələ"nin ilk rəqibi müəyyənləşəcək. Səpələnmişlər sırasında yer alan ölkə kubokunun sahibi mübarizəyə məhz bu mərhələdən başlayacaq. Potensial rəqiblər isə bunlardır: "Lexia" (Qdansk, Polşa) "Dinamo" (Tbilisi, Gürcüstan) - "La Florita" (San Marino) / "Endorqani" (Andorra) cütünün qalibi "Olimpiya" (Lyublyana, Sloveniya) / "Riqa" (Latviya) cütünün qalibi "Breydablik" (İslandiya) / "Vaduts" (Lixtenşteyn) cütünün qalibi "Radniçki Niş" (Serbiya) / "Flora" (Tallin, Estoniya) cütünün qalibi Bu komandalardan "Lexia"ya rəqib olacağı təqdirdə, "Qəbələ" 2019-2020 mövsümündə Avropa Liqasının final matçının keçiriləcəyi stadionda meydana çıxacaq. Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "Neftçi" və "Səbail" isə mərhələ adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. "Neftçi" Moldova "Sperantsa"sını üstələsə, potensial rəqibləri aşağıdakılar olacaq: "Dinamo" (Minsk, Belarus) / "Liepaya" (Latviya) "Espanyol" (İspaniya) "Laçi" (Albaniya) / "Hapoel" (Beer-Şeva, İsrail) "Atromitos" (Yunanıstan) "Arsenal" (Tula, Rusiya) "Səbail" Universitatya" (Krayova, Rumıniya) səddini keçəcəyi təqdirdə isə "Aris" (Saloniki, Yunanıstan) "Esbyerg" (Danimarka) "Vitoriya (Portuqaliya) "Vulverhempton" (İngiltərə) "Honved" (Budapeşt, Macarıstan) / "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi "Partizan" (Serbiya) ilə qarşılaşacaq. İlk oyunlar iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq. Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Geri qayıt |