Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Çempionlar Liqasında belə bir oyuna həsrət qalmışdım"



"Bu oyun tamam başqa idi. Çempionlar Liqasında belə bir oyuna həsrət qalmışdım. Biz "Qarabağ”dan belə oyun və həyəcan gözləyirdik".

Bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.

Tahir bəy komandanın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Albaniyanın "Kukesi" klubunu 3:0 hesabı ilə məğlub etdiyi oyunla bağlı danışıb: "Bu o demək deyil ki, yolun axırı budu. Gərək çox inkişaf edək. Komandaya çox gözəl oyunçular gəlib. Emeqara yenə kollektivə qoşulub. İnanıram ki, Delarj və Emeqara oyundan-oyuna kollektivə daha da uyğunlaşacaqlar. Oyundan çox razı qaldım. Möhtəşəm oyun idi. Başda ölkə başçısı olmaqla, Azərbaycan xalqını təbrik edirəm. Biz bu stadiondan qürurla çıxdıq."

Vitse-prezident "Qarabağ"ın növbəti rəqibi Belarusun BATE klubu ilə bağlı da danışıb: "Belarusla çox sərt oynayırlar. İntizamlı komandadılar. Bu günkü "Qarabağ” məni çox ümidləndirib. Sloveniyadakı "Qarabağ”dan fərqli komanda izlədik. Əminəm ki, siz də mənimlə razısınız. Komandada möhtəşəm enerji gördüm. Bu bizə əlavə motivasiya verdi. Bu motivasiya bizə lazım idi. Bir qolu da vura bilmədik. Hesab edirəm ki, birinci oyunun evdə olması əlavə motivasiyadı. Bu yaxşı haldı. Mən komandaya inanıram. Delarjı növbəti oyunlarda daha da aktiv görmək istəyirəm. Növbəti oyunlara hazırıq".


Facebook-da paylaş

Xəbəri paylaş