Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqasında "Qarabağ"ın günü



Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

İkinci oyun günündə 9 qarşılaşma baş tutacaq. Azərbaycan çempionu "Qarabağ"la yanaşı, potensial rəqibləri də üz-üzə gələcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə yüksələcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı Belarusda baş tutan ilk görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə səfərdə Danimarka "Mityulland"i ilə münasibətlərə aydınlıq gətirəcək. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv evdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

1 avqust



20: 00 HİK (Finlandiya) - BATE (Belarus)
İlk oyun - 0:0

21:00 "Mityulland" (Danimarka) -"Astana" (Qazaxıstan)
İlk oyun - 1:2

21:00 "Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya)
İlk oyun - 0:0

21:15 "Malmö" (İsveç) - ÇFR (Kluj, Rumıniya)
İlk oyun - 1:0

21:30. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 0:3

22:00. "Bazel" (İsveçrə) - PAOK (Yunanıstan)
İlk oyun - 1:2

22:00. "Videoton" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 0:0

22:30. "Şturm" (Qrats, Avstriya) - "Ayaks" (Hollandiya)
İlk oyun: 0:2

22:45. "Rusenborq" (Norveç) - "Seltik" (Şotlandiya)
İlk oyun: 1:3


Facebook-da paylaş

Xəbəri paylaş