"Qarabağ" növbəti mərhələyə 3 qolla yüksəldi
Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulur. “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edib. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olduğundan mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalı idi. İstənilən qollu isə heç-heçə rəqibə sərf edirdi.
“Qarabağ”ın üçüncü mərhələyə yüksələcəyi təqdirdə isə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaqdı.
Oyuna gəldikdə, deyə bilərik ki, ilk dəqiqələrdən hücuma atılan komandamız ardıcıl qol vəziyyətləri yarada bilib. Bütün oyun boyu əks hücumlara bel bağlayan Albaniya təmsilçisi isə öz meydanlarında sərgilədikləri oyunu göstəriblər.
90 dəqiqə ərzində 3 dəfə penalti vurmaq şansı əldə edən komandamız Dani Kintananın ifasında bunlardan ikisini qola çevirə bilib. 1 penalti zərbəsini yerinə yetirən Emeqara isə bu imkandan yararlana bilməyib. Ancaq qeyd edək ki, hər 3 penalti Emeqaranın şəxsi keyfiyyətləri nəticəsində qazanılıb.
Oyunun sonuna yaxın - 89-cu dəqiqədə isə komandamız daha bir qol vuraraq oyunu 3:0 hesablı qələbə ilə başa vurub.
Komandalar arasında da ilk görüş 0:0 olduğundan komandamız adını növbəti mərhələyə yazdırıb.
Xatırladaq ki, HİK - BATE görüşü də belorusların 2:1 hesablı qələbəsi ilə başa çatdığından BATE də 3-cü təsnifat mərhələsinə çıxıb.
Beləliklə, 3-cü təsnifat mərhələsində "Qarabağ" BATE qarşılaşması olacaq.
1 avqust
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya) - 3:0
Qollar: Dani Kintana, 24-pen. 57-pen. Con Delarj, 89
Matçın 53-cü dəqiqəsində İnnosent Emeqara penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: Alla, 52 ("Kukesi")
Facebook-da paylaş