Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” fransalı futbolçu ilə 3 illik müqavilə imzalayıb



2026/2027-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” ilk futbolçu keçidini gerçəkləşdirib.

BrendSport.az
xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradipou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Qeyd edək ki, Jali Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş