"Qəbələ" fransalı hücumçunu heyətinə qatıb
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
BrendSport.az xəbər verir ki, klub Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib.
29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.
Facebook-da paylaş