Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” fransalı futbolçu ilə 3 illik müqavilə imzalayıb
“Qarabağ” fransalı futbolçu ilə 3 illik müqavilə imzalayıbBu gün, 19:23 |
![]() 2026/2027-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” ilk futbolçu keçidini gerçəkləşdirib. BrendSport.az xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək. Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradipou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib. Qeyd edək ki, Jali Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib. Geri qayıt |