Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Zədəli cüdoçuların yarışlara qayıdış tarixi açıqlanıb



Zədəli cüdoçuların yarışlara qayıdış tarixi açıqlanıb
Azərbaycan millisinin zədəli cüdoçularının durumuna aydınlıq gəlib.

BrendSport.az
xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası report.az-a bildirib.

Yığmanın üzvü Elcan Hacıyevin (90 kq) hazırda bərpa prosesi keçdiyi vurğulanıb:

“Məşqlərə iyunda start verəcək. Hər şey qaydasında getsə, avqustda ilk yarışına çıxması planlaşdırılır. Onunla eyni çəkidə çıxış edən Vüqar Talıbovun vəziyyəti də eynidir. O da əməliyyatdan sonra bərpa prosesi keçir”.

ACF Avstriyanın Linz şəhərində keçirilmiş Qran-prinin final görüşündə zədələnən Vüsal Qələndərzadənin (81 kq) də durumuna aydınlıq gətirib:

“O, bu həftə əməliyyat olunacaq. Vüsal Qələndərzadə də üç aydan sonra məşqlərə qayıdacaq”.

Xatırladaq ki, Vüqar Talıbovla Elcan Hacıyev bu il hələlik heç bir turnirdə iştirak etməyiblər. Vüsal Qələndərzadə Avstriyadakı Qran-pridə gümüş medal qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş