Əsas Səhifə > Ölkə idmanı > Zədəli cüdoçuların yarışlara qayıdış tarixi açıqlanıb
Zədəli cüdoçuların yarışlara qayıdış tarixi açıqlanıbBu gün, 13:37 |
![]() Zədəli cüdoçuların yarışlara qayıdış tarixi açıqlanıb Azərbaycan millisinin zədəli cüdoçularının durumuna aydınlıq gəlib. BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası report.az-a bildirib. Yığmanın üzvü Elcan Hacıyevin (90 kq) hazırda bərpa prosesi keçdiyi vurğulanıb: “Məşqlərə iyunda start verəcək. Hər şey qaydasında getsə, avqustda ilk yarışına çıxması planlaşdırılır. Onunla eyni çəkidə çıxış edən Vüqar Talıbovun vəziyyəti də eynidir. O da əməliyyatdan sonra bərpa prosesi keçir”. ACF Avstriyanın Linz şəhərində keçirilmiş Qran-prinin final görüşündə zədələnən Vüsal Qələndərzadənin (81 kq) də durumuna aydınlıq gətirib: “O, bu həftə əməliyyat olunacaq. Vüsal Qələndərzadə də üç aydan sonra məşqlərə qayıdacaq”. Xatırladaq ki, Vüqar Talıbovla Elcan Hacıyev bu il hələlik heç bir turnirdə iştirak etməyiblər. Vüsal Qələndərzadə Avstriyadakı Qran-pridə gümüş medal qazanıb. Geri qayıt |