Misli Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a qalib gəlib

Futbol üzrə Misli Premyer Liqasında XXII tura start verilib.
BrendSport.az xəbər verir ki, açılış matçı "Kəpəz" və "Sumqayıt" komandaları arasında olub. Yevlax şəhər stadionunda keçirilən görüş Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Kimyaçılar” hazırda turnir cədvəlində 31 xalla 6-cı, Gəncə təmsilçisi isə 16 xalla 10-cu pillədədir.
Günün ikinci oyununda "Araz-Naxçıvan" “Liv Bona Dea Arena”da "Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. “Qartallar” 35 xalla 4-cü, Muxtar Respublika klubu isə 33 xalla 5-ci yerdədir.
Qeyd edək ki, turun növbəti oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.
Facebook-da paylaş





















