Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək



Bu gün Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.

BrendSport.az
xəbər verir ki, günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək.

Görüş saat 17:00-da başlayacaq.

Naxçıvan klubu 20 xalla 6-cı, qonaqlar isə 6 xalla 11-ci pillədə qərarlaşıblar.

Günün ikinci matçında “Sumqayıt” “İmişli” ilə qarşılaşacaq. Oyun saat 19:30-da start götürəcək. “Kimyaçılar” 23 xalla 5-ci, Aran təmsilçisi isə 15 xalla 9-cu yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı 3:0, “Sabah” “Neftçi”ni 2:0 hesabı ilə üstələyib. “Zirə” – “Qarabağ” görüşü heç-heçə ilə başa çatıb - 1:1. “Qəbələ” – “Turan Tovuz” qarşılaşması isə qatı duman səbəbindən təxirə salınıb.


Facebook-da paylaş

Xəbəri paylaş