Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futzal üzrə Azərbaycan Tələbə Liqasında I dövrəyə yekun vurulub



Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026-cı illər mövsümündə I dövrəyə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən və 14 ali təhsil müəssisəsinin komandalarının iştirak etdiyi oyunların nəticələrinə görə, ən çox xal toplayan və ilk “altılığ”a düşən Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitetinin komandaları A qrupunda, ilk “altılıq”da yer almayan Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universitetinin komandaları B qrupunda mübarizəni davam etdirəcəklər.

Liqanın II dövrəsinin oyunlarına tələbələrin qış imtahan sessiyasından — 2026-cı ilin fevral ayının 20-dən sonra başlanılması, çempionatın mayın 15-dək davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və AFFA-nın dəstəyi ilə keçirilir. Liqanın təşkilində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliğ edilməsi, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş