Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tələbələr arasında XV Respublika Universiadası keçirilib



Ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş XV Respublika Universiadasına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, yarışlar 7 idman növü üzə (şahmat, dama, voleybol, stolüstü tennis, badminton, yunan-roma güləşi və sərbəst güləş) keçirilib.

Kişilər arasında sərbəst güləşdə 6 komanda iştirak edib. Azərbaycan Memarlıq və İnşaat Universiteti yarışın qalibi olub. Azərbaycan Texniki Universiteti gümüş, Azərbaycan Dövlət İqtisad Universiteti isə bürünc medala layiq görülüb.

Yunan-roma güləşində isə Azərbaycan Memarlıq və İnşaat Universiteti birinci, Azərbaycan Dövlət İqtisad Universiteti ikinci, Azərbaycan Texniki Universiteti üçüncü yerin sahibi olub.

Qeyd edək ki, turnir Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.


Facebook-da paylaş

Xəbəri paylaş