Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“İdman həftəsi": Tələbələr arasında şən startlar əyləncəli idman oyunları keçirilib

“İdman həftəsi": Tələbələr arasında şən startlar əyləncəli idman oyunları keçirilib

“İdman həftəsi" çərçivəsində tələbələr arasında şən startlar əyləncəli idman oyunları keçirilib.

BrendSport.az saytının Gənclər Şöbəsi
xəbər verir ki, yarışda 11 ali təhsil müəssisəsindən komandalar iştirak ediblər. Onlar halqa atma, qaşıqla tennis topunu aparma, qaz yerişi, torba və oturub-durma oyunlarında qələbə uğrunda öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticəsinə əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası qalib gəlib. Azərbaycan Dövlət Pedaqoji Universiteti yarışı ikinci, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə üçüncü pillədə başa vurublar.

Qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən kubok və hədiyyələr təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş