Azərbaycan klubuna belaruslu baş məşqçi təyin olunub

Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının yeni baş məşqçisi məlum olub.
BrendSport.az xəbər verir ki, bu vəzifəyə belaruslu Sergey Kambur gətirilib. Onunla 1 illik müqavilə imzalanıb.
Sergey Kambur son olaraq “Qarabağ”ın qadınlardan ibarət komandasında işləyib.
“Azəryol”u son olaraq rusiyalı Aleksandr Revva çalışdırıb.
Facebook-da paylaş





















