Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” həndbol klubunun baş məşqçisi: “Çempionatda 3 komanda eyni səviyyədədir”


“Çempionatda 3 komanda eyni səviyyədədir. Bunlar "Qarabağ", “Azəryol” və “Kür”dür”.

BrendSport.az
xəbər verir ki, bunu “Report”a açıqlamasında həndbolçu qadınlardan ibarət “Qarabağ” komandasının baş məşqçisi Sergey Kambur Azərbaycan çempionatındakı mübarizə ilə bağlı danışarkən deyib.

Belaruslu mütəxəssis turnir cədvəlinə başçılıq etmələrinə baxmayaraq, arxayınlaşmadıqlarını bildirib: “Düzdür, çempionatda böyük xal üstünlüyümüz var. Lakin mübarizə davam edir. Hər rəqiblə hələ 3 dövrədə görüşəcəyik. Çətin oyunlarımız qarşıdadır. Çempionat maraqlı keçir. Komandaların hamısı yaxşıdır”.

Çalışdırıcı VI turda “Kür” üzərində 29:25 hesablı qələbə qazandıqları matçı da dəyərləndirib: “Rəqib olduqca təhlükəli idi. Güclü və maraqlı komandadır. Qarşılaşmanın ilk dəqiqələrindən bunu sübut etməyə başladılar. Qızlara təşəkkürümü bildirirəm. Toparlanmağı bacardılar. Birinci hissə ilə müqayisədə ikinci yarını daha yaxşı keçirdik. Ona görə də qalib gəldik”.

Sergey Kambur Azərbaycan həndbolunun inkişafını aşağı yaş qruplarına diqqət ayırmaqda görür: “Qadın həndbolunu inkişaf etdirmək üçün yaxşı uşaq məşqçilərinə ehtiyac var. Onlar uşaqları öyrətməlidirlər. Bu çox vacibdir. Bir də bu işi ürəklə görməlisən”.

Qeyd edək ki, ilk 6 turda keçirdiyi oyunların hamısında qələbə qazanan “Qarabağ” 12 xalla çempionatın lideridir.


Facebook-da paylaş

Xəbəri paylaş