Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin baş məşqçisi “Neftçi”də işləyəcək



Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun yeni iş yeri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, 37 yaşlı mütəxəssis “Neftçi”nin qadın komandasına baş məşqçi təyin olunub.

Klubun yaydığı məlumata görə, çalışdırıcı ilə bu mövsümün sonunadək müqavilə imzalanıb. Razılığa əsasən, o, Azərbaycan millisindəki fəaliyyətini də davam etdirəcək.

Qeyd edək ki, Siyasət Əsgərov məşqçiliyə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-in əsas, 2009-2010-cu illərdə əvəzedici komandasında baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasında məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərib.

Mütəxəssis son olaraq Türkiyənin “Fomget” komandasına başçılıq edib.


Facebook-da paylaş

Xəbəri paylaş