Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Naxçıvanda bilyard turniri keçirilib



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bilyard üzrə muxtar respublika açıq turniri keçirilib.

BrendSport.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Marvel Bilyard Salonunda reallaşan yarışa 18 həvəskar bilyardçı qatılıb.

İştirakçılar qarışıq piramida növündə qalibiyyət mübarizəsi veriblər.

Nəticələrə əsasən Ramazan Əliyev turnirin qalibi olub. Gümüş medala Elvin Kərimov sahib çıxıb. Rəşad Əhmədov və Loğman Babayev yarışı bürünc medalla tamamlayıblar.

Adıçəkilən iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş