Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bilyard üzrə Azərbaycan yığması dünya çempionatlarında iştirak edəcək



Bilyard üzrə Azərbaycan milli komandasının 2024-cü ildə iştirak edəcəyi beynəlxalq yarışların siyahısı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, yığma yeddi beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Milli komanda fevralın 26-da Qırğızıstanda “Qarışıq Piramida”, iyunun 11-17-də Rusiyanın Surqut şəhərində “Sərbəst Piramida”, noyabrın 17-24-də isə Novosibirskdə “Piramida” üzrə dünya çempionatına qatılacaq. Azərbaycan yarışlarının hər birində dörd bilyardçı ilə təmsil olunacaq.

Yığmanı aprelin 11-13-də “Euro Tour men-Dynamic Billard TBA Open”, aprelin 15-24-də “Dynamic Billard European Pool Championships”, sentyabrın 28-də Gürcüstanın Batumi şəhərində EPBF “Ajara Cup”, noyabrın 14-16-da isə Türkiyənin Antalya şəhərində “EuroTour men - Dynamic Billard Antalya Open” turnirləri gözləyir.


Facebook-da paylaş

Xəbəri paylaş