Əsas Səhifə > Ölkə idmanı > Naxçıvanda bilyard turniri keçirilib
Naxçıvanda bilyard turniri keçirilibBu gün, 10:52 |
![]() Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bilyard üzrə muxtar respublika açıq turniri keçirilib. BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Marvel Bilyard Salonunda reallaşan yarışa 18 həvəskar bilyardçı qatılıb. İştirakçılar qarışıq piramida növündə qalibiyyət mübarizəsi veriblər. Nəticələrə əsasən Ramazan Əliyev turnirin qalibi olub. Gümüş medala Elvin Kərimov sahib çıxıb. Rəşad Əhmədov və Loğman Babayev yarışı bürünc medalla tamamlayıblar. Adıçəkilən iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub. Geri qayıt |