Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc və yeniyetmə taekvondoçulara yeni qaydalar aşılanır



Gənc idmançıların qarşıdakı turnirlərə hazırlıq məqsədilə bütün idman növləri üzrə klublararası yoldaşılıq görüşləri keçirilir. Belə yoldaşlıq görüşlərindən biri də bu gün Xırdalan şəhərində baş tutub.

Belə ki, "Şəffaflıq" qəzetinin təşkilatçılığı ilə Xırdalan şəhərində taekvondo üzrə təlim-məşq xarakterli yoldaşlıq görüşü keçirilib. Bu yarışın əsas məqsədlərindən biri də son zamanlar taekvondo yarışlarında olan bəzi dəyişiklikləri gənc və yeniyetmə idmançılara aşılamaq olub.

Yarışda "Şamaxı", "Xırdalan", "Təhsil", "Lokomotiv" və "Maştağa" komandaları iştirak edib.

Yekunda "Xırdalan" I yer, "Şamaxı" II yer, "Maştağa" və "Lokomotiv" komandaları III yer layiq görülüblər. Sonda komandalar tərəfindən yarışa göstərdiyi dəstəyə görə Azərbaycan Taekvondo Federasiyasına minnətdarlıq qeyd olunub.

Qeyd edək ki, yarışın informasiya dəstəyi BrendSport.az saytı tərəfindən həyata keçirilib.
















Facebook-da paylaş

Xəbəri paylaş