“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb
“Neftçi” futbol klubu qapıçısı Aqil Məmmədovla yollarını ayırıb.
BrendSport.az xəbər verir ki, 35 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, A.Məmmədov 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.
Facebook-da paylaş