“Qarabağ” klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb
Ağdamın “Qarabağ” klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb.
BrendSport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, millimizin qolkiperi ilə mövsümün sonunadək olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İyirmi səkkiz yaşlı qolkiper karyerasını yenidən Qazaxıstanda davam etdirəcək. O, tezliklə bu ölkənin “Turan” klubu ilə sözləşmə imzalayacaq.
Qeyd edək ki, Emil Balayev “Qarabağ”a 2020-ci ilin yayında “Zirə”dən keçib. O, daha əvvəl Qazaxıstanda “Tobol”un formasını geyinib.
Facebook-da paylaş