“Neftçi” dörd futzalçı ilə yollarını ayırıb
“Neftçi” futzal komandası dörd oyunçu ilə yollarını ayırıb.
BrendSport.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin üzvü Amir Şojaei, iranlı legionerlər Reza Abqun, Soruş Heydari və Alireza Bayatla vidalaşıb. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, “Neftçi” son mövsümü 42 xalla üçüncü pillədə bitirib.
Facebook-da paylaş