Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: Altı qolun vurulduğu matçda qalib müəyyənləşməyib



Azərbaycan Premyer Liqasının XXX turunda növbəti oyun keçirilib.

BrendSport.az
xəbər verir ki, "Səbail" doğma meydanda "Kəpəz"i qəbul edib. Görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Səbail" yeddinci pillədə qalıb. "Kəpəz" isə 30 xalla doqquzuncu yerdə qərarlaşıb.

Tura bu gün keçiriləcək "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Zirə" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş