Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək ikinci pilləyə yüksəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. "Neftçi Arena"da keçirilən görüş paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 1-ci dəqiqədə Brayan Moreno açıb. "Ağ-qaralar"ın heyətində 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. Matçın yekun nəticəsini 87-ci dəqiqədə avtoqol müəllifi olan İqor Ribeyro müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 47-yə yüksəldən "Neftçi" ikinci pilləyə yüksəlib. "Araz-Naxçıvan" isə 32 xalla səkkizinci yerdə qərarlaşıb.
Günün ilk oyununda "Turan Tovuz" səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” və “Zirə” komandaları qolsuz heç-heçə edib.
Tura aprelin 14-də “Səbail” – “Kəpəz”, “Sabah” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.
Facebook-da paylaş