Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası: "Səbail" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib



Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün ikinci matçında "Səbail" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da reallaşan qarşılaşma qollu sülhə yekunlaşıb - 2:2.

Hesabı 13-cü dəqiqədə meydan sahiblərinin heyətində Aleksandr Ramalinqom açıb. 31-ci və 35-ci dəqiqələrdə Orxan Əliyev dubl etməklə komandasını önə keçirsə də, 61-ci dəqiqədə Aleksandr Ramalinqom növbəti qola imza ataraq, matçın yekun nəticəsini müəyyənləşdirib.

Turun açılış oyununda "Sabah" doğma meydanda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra aktivlərində 31 xal olan "Araz-Naxçıvan" və "Səbail” beşinci və altıncı yerləri bölüşürlər. Turnir cədvəlinə 51 xalla "Qarabağ" başçılıq edir.

Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.


Facebook-da paylaş

Xəbəri paylaş