Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gələrək 5-ci pilləyə yüksəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
BrendSport.az xəbər verir ki, açılış oyununda “Sabah” evdə “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2.
Hesabı 6-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi Martins Junior açıb. Bakı klubu 38-ci dəqiqədə Kahim Parrisin vurduğu baxımlı qolla tarazlığı bərpa edib. 55-ci dəqiqədə Cesse Sekidika “Sabah”ın üstünlüyünü iki topa çatdırıb. 79-cu dəqiqədə Kristian da Silva cərimə meydançasının kənarından dəqiq zərbə ilə “sarı-göylər”i 3-cü dəfə məyus edib. Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə Gəncə klubunun hücumçusu Amil Yunanov qoyub.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran “Sabah” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 20 xalı olan “Kəpəz” isə 9-cu sırada qalıb.
Günün son oyununda “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq.
Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.
Facebook-da paylaş