Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Səbail” – “Kəpəz” oyununda qalib müəyyənləşməyib



Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, “Səbail” klubu “ASCO Arena”da “Kəpəz”i qəbul edib. Hər iki komandanın çoxsaylı qol imkanlarına baxmayaraq, matçda hesab açılmayıb.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran “dənizçilər” üçüncü pilləyə yüksəlib. 10-cu xalını qazanan “sarı-göylər” isə 9-cu sırada qalıb.

Günün son oyununda “Qəbələ” öz meydanında “Turan Tovuz”la qarşılaşacaq.

Qeyd edək ki, turun açılış matçında “Qarabağ” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 26-da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş