Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Səbail” klubu “Sabah”a, “Neftçi” isə “Sumqayıt”a qalib gəlib

Premyer Liqa: “Səbail” klubu “Sabah”a, “Neftçi” isə “Sumqayıt”a qalib gəlib


Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində daha iki oyun keçirilib.
BrendSport.az xəbər verir ki, günün ilk matçı “ASCO Arena”da “Səbail” və “Sabah” komandaları arasında oynanılıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Sabah” autsayderə 1:2 hesabı ilə məğlub olub. “Səbail”in heyətində David Qomis və Qoba Zapka fərqləniblər. “Sabah”ın qolunu isə Emmanuel Apeh vurub.
Hazırda “Sabah” 65 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır. Aktivində 21 xalı olan “Səbail” isə doqquzuncu pilləyə yüksəlib.
Günün digər oyununda isə “Sumqayıt” komandası “Neftçi”ni qəbul edib. Matç Bakı təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0. Flaqmanın heyətində Voyislav Stankoviç, Sezar Meza Kolli, İsmayıl Zülfüqarlı və Kilan Lebon fərqləniblər.
Bu qələbədən sonra “Neftçi” 60 xalla turnir cədvəlində üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Sumqayıt” isə 24 xalla səkkizincidir.
Qeyd edək ki, açılış oyununda “Qəbələ” evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş