Premyer Liqa: "Turan Tovuz" son dəqiqələrdə vurduğu qolla "Qəbələ"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin heyətində Əyyub Allaş açıb. Tovuz təmsilçisi 81-ci dəqiqədə Aleks Souza ilə bərabərlik qoluna imza atıb. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Belajdu Pusi müəyyənləşdirib.
Bu nəticədən sonra xallarımı 42-yə yüksəldən "Turan Tovuz" beşinci pilləyə yüksəlib. "Qəbələ" isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Günün digər matçında “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Neftçi Arena”da reallaşacaq matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün açılış oyununda “Sumqayıt” və “Zirə” komandaları qolsuz heç-heçə edib.
Tura aprelin 14-də “Səbail” – “Kəpəz”, “Sabah” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.
Facebook-da paylaş