Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Turan Tovuz" son dəqiqələrdə vurduğu qolla "Qəbələ"ni məğlub edib

Premyer Liqa: "Turan Tovuz" son dəqiqələrdə vurduğu qolla "Qəbələ"ni məğlub edib


13-04-2024, 18:40


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin heyətində Əyyub Allaş açıb. Tovuz təmsilçisi 81-ci dəqiqədə Aleks Souza ilə bərabərlik qoluna imza atıb. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Belajdu Pusi müəyyənləşdirib.

Bu nəticədən sonra xallarımı 42-yə yüksəldən "Turan Tovuz" beşinci pilləyə yüksəlib. "Qəbələ" isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Günün digər matçında “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Neftçi Arena”da reallaşacaq matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün açılış oyununda “Sumqayıt” və “Zirə” komandaları qolsuz heç-heçə edib.

Tura aprelin 14-də “Səbail” – “Kəpəz”, “Sabah” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.
Geri qayıt