Stolüstü tennisçilər arasında ölkə turniri keçirilir
Bu gün yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə start verilib.
BrendSport.az xəbər verir ki, “Şüa” idman kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər.
Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və ondan kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi daşıyır.
Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.
Facebook-da paylaş