Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası: Bu gün “Turan Tovuz” “Səbail”i, “Zirə” “Sabah”ı qəbul edəcək



Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.

BrendSport.az
xəbər verir ki , bu gün daha iki görüş keçiriləcək.

Günün ilk qarşılaşması Tovuz şəhər stadionunda reallaşacaq. “Turan Tovuz” cari mövsümdə birinci dəfə doğma publika önünə çıxacaq. Ayxan Abbasovun kollektivi “Səbail”i qəbul edəcək. Hesabında cəmi 1 xal olan Bakı təmsilçisi ilk qalibiyyətini Tovuzda qazanmaq niyyətindədir. Ev sahibi komanda isə qələbə qazanacağı təqdirdə liderliyə şərik ola bilər.

Daha sonra paytaxt klubları “Zirə” ilə “Sabah” birincilərin meydanında üz-üzə gələcəklər. Geridə qalan 3 turda büdrəməyən “Zirə” çempionluğa iddialı rəqibi önündə də uğurlu seriyasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə ediblər - 1:1. “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” görüşləri avqustun 27-də keçiriləcək.

Premyer Liqa
IV tur
26 avqust
17:00. “Turan Tovuz” – “Səbail”
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu

19:30. “Zirə” – “Sabah”
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu


Facebook-da paylaş

Xəbəri paylaş