“Neftçi”nin futbolçusu KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb
“Neftçi”nin futbolçusu Kilan Lebon Sint-Marten millisinə dəvət olunub.
BrendSport.az xəbər verir ki , 26 yaşlı yarımmüdafiəçi KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.
Qarşılaşmalar sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Kilan Lebon “Neftçi”nin heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub.
Facebook-da paylaş