ABŞ millisi KONKAKAF Millətlər Liqasının ikiqat qalibi olub
KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.
BrendSport.az xəbər verir ki, finalda Kanada yığmasına 2:0 hesabı ilə qalib gələn ABŞ millisi titula sahib çıxıb.
Qolları 12-ci dəqiqədə Kris Riçards və 34-cü dəqiqədə Folarin Balaqun vurublar.
Üçüncü yer uğrunda görüşdə Panama seçməsini 1:0 hesabı ilə məğlub edən Meksika kollektivi isə bürünc medal qazanıb.
Qeyd edək ki, KONKAKAF Millətlər Liqasının bundan əvvəlki qalibi də ABŞ yığması olub.
Facebook-da paylaş