Əsas Səhifə > Maraq > ABŞ millisi KONKAKAF Millətlər Liqasının ikiqat qalibi olub

ABŞ millisi KONKAKAF Millətlər Liqasının ikiqat qalibi olub


19-06-2023, 10:40


KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.

BrendSport.az
xəbər verir ki, finalda Kanada yığmasına 2:0 hesabı ilə qalib gələn ABŞ millisi titula sahib çıxıb.

Qolları 12-ci dəqiqədə Kris Riçards və 34-cü dəqiqədə Folarin Balaqun vurublar.

Üçüncü yer uğrunda görüşdə Panama seçməsini 1:0 hesabı ilə məğlub edən Meksika kollektivi isə bürünc medal qazanıb.

Qeyd edək ki, KONKAKAF Millətlər Liqasının bundan əvvəlki qalibi də ABŞ yığması olub.
Geri qayıt