Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin daha bir potensial rəqibi İtaliya oldu

Millimizin daha bir potensial rəqibi İtaliya oldu

Futzal üzrə dünya çempionatda iştirak edəcək milli komandamızın daha bir potensial rəqibi müəyyənləşib. Avropa zonasından sonuncu vəsiqəyə italiya sahib çıxıb.

İtalyanlar "pley-off" məmərhələsində Macarıstanı mübarizədən kənarlaşdırıb. İlk oyunda rəqibi 3:0 hesabı ilə yenən İtaliya ötən axşam baş tutan cavab matçında darmadağınla qalib gəlib - 6:0.

İtaliya dünya çempionatının final mərhələsinə vəsiqə qazanan 17-ci komanda olub. Bundan əvvəl meydan sahibi Kolumbiya, Azərbaycan, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Ukrayna (Avropa), Avstraliya, İran, Tayland, Özbəkistan, Vyetnam (Asiya), Argentina, Braziliya, Paraqvay (Cənubi Amerika), Solomon adaları (Okeaniya) mundiala yollanmaq hüququ qazanmışdı.

Qalan 7 vəsiqədən 4-ü KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi), 3-ü Afrikanın payına düşür. Afrikada seçmə mərhələ 15-24 apreldə, KONKAKAF zonasında 8-14 mayda keçiriləcək.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 10-da başlayacaq və oktyabrın 1-də yekunlaşacaq. Püşkatma mərasimi mayın 19-da Kolumbiyanın Medelin şəhərində keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş